Ardıcıl şəkildə bir kərpic qoyun

Lay one brick at a time

Filadelfiya, 1980-ci il. ABŞ hərbi hava qüvvələrində xidmət etmiş keçmiş zabitin və məktəb müəlliməsinin ailəsi. Ailə o qədər də xoşbəxt deyil. Həyat yoldaşları arasında münasibət aydın görünür ki, yalnız uşaqlar üzərində qurulub. Uşaqların sayı 4-dür. Ailənin ikinci böyük övladı –Uilyard Kristoferin 11 yaşı var. 

Ata çox sərt adamdır, o ordudan təzə qayıdıb və soyuducu satışı ilə məşğul olmaq üçün balaca bir biznes qurub. Bir dəfə o, dükanın frontal divarını dəyişdirmək qərarına gəlir. 5 metr hündürlüyü və 1 metr uzunluğu olan divarlar atanın zərbələrinin təsiri nəticəsində bir saat ərzində tamamı ilə yerlə yeksan olur. Uilyard və onun qardaşı yay ərzində yerinə yetirmək üçün tapşırıq alır: yeni divarı ucaltmaq.

Uşaqlar şok içindədirlər: “Biz əmin idik ki, bu yerdə bir daha divar ucaltmaq mümkün olmayacaq, – Uill Smit xatırlayır.  – Sonra isə kərpicləri bir-birinin ardınca daşımağa başladıq. Bütün yayı təkcə bununla məşğul olduq.  Sonra isə bu tapşırıq qışa qədər uzandı. Sonra isə bahar gəldi və artıq bir gün həmin yerdə yeni divar dayanmışdı. Mən əminəm ki, atam bütün bunları öncədən planlaşdırmışdı. Yeni divarı gördükdən sonra o bizə dedi: “Bundan sonra mənə heç vaxt deməyin ki, sizə nəyisə edə bilməzsiniz. İstəsəniz, siz hər şey etməyi bacarırsınız”. Bunları dedi və getdi.

Bu zaman 12 yaşlı Uill Smit özü üçün çox vacib bir nəticə çıxardı və bir şeyi anladı: “Divar tikməyə çalışma.. Divarı dərhal ucaltmağa hazırlaşma”. “Demə ki, mən nə vaxtsa tikilmiş olan ən böyük və ən əzəmətli  divarı ucaldacağam, böyük işlərin təməli belə qoyulmur. De ki, mən hər gün bir kərpici, onu qoymağın mümkün olduğu ən ideal şəkildə digərinin üzərinə qoyacağam”.

“Əgər sən bunu hər gün etsən, çox tezliklə divarını ucaldacaqsan. Ən çətin olanı birinci addımı atmaqdır. Çünki onda sən tapşırığın nə qədər çətin və böyük olduğuna baxırsan bu əslində çətin tapşırıq deyil. Bu sadəcə bir-birinin ardınca qoyulan kərpiclərdir”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.