2022-ci ildə Dövlət Neft Fonduna (ARDNF) neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı 452.2 milyon ABŞ dolları və yaxud 768.7 milyon manat bonus ödənişləri daxil olub.
Banker.az xəbər verir ki, bu barədə 2022-ci il üzrə illik hesabatında deyilir.
Bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən 100% icra olunmuşdur.
Bu maddə üzrə gəlirlər ümumi büdcə gəlirlərinin 4.9%-ni təşkil edib.