Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qurumun investisiya fəaliyyəti, xüsusilə daşınmaz əmlak yatırımları ilə bağlı reallığı bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.
Fonddan verilən məlumata görə, son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) ARDNF, eləcə də onun investisiya fəaliyyəti, xüsusilə daşınmaz əmlak yatırımları ilə bağlı reallığı əks etdirməyən, heç bir nəzəri əsaslara və düzgün müqayisəli faktlara söykənməyən silsilə yazılara rast gəlinir: “Öncə bir daha qeyd etmək yerinə düşərdi ki, yarandığı tarixdən etibarən ARDNF fəaliyyətinin bütün aspektləri, o cümlədən investisiya istiqamətlərinin bütün detalları barədə ictimaiyyəti daima məlumatlandırıb və hər zaman geniş ictimaiyyət, o cümlədən KİV ilə bütün növ dialoqlara açıq olub. Lakin ARDNF-nin əsas fəaliyyət istiqaməti olan investisiyaların idarə edilməsi sahəsi ölkəmiz üçün yeni sahə olduğundan bu barədə yazılan hər hansı məqalə və edilən şərhlər müvafiq nəzəri biliklər və təcrübə tələb edir ki, heç bir əsası olmayan, qərəzli və məsuliyyətsiz dərclər də yanlış ictimai rəyin formalaşması ilə nəticələnə bilər”.
Açıqlamada qeyd olunub ki, 2012-ci ildən etibarən ARDNF-nin investisiya portfelinin yüksək diversifikasiyasına nail olunması və gəlirliliyin artırılması yolu ilə onun vəsaitlərinin uzunmüddətli dövr ərzində alıcılıq qabiliyyətinin qorunub saxlanılması istiqamətində daşınmaz əmlaka yatırımlara başlanılıb: “Hər bir maliyyə aləti investisiya portfelinə daxil edilərkən onun ümumi portfel kontekstində risk/gəlirlilik meyarı nəzərə alındığı kimi, həmin aktiv növü 
Fonddan bildirilib ki, ARDNF-nin 2012-ci ildə əldə etdiyi və dəyəri 177,350 mln. funt sterlinq həcmində olan Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 mln. İngilis funt sterlinqi məbləğində gəlir əldə edilib. Məlumata əsasən, hal-hazırda bu əmlakın dəyəri bazarda 213 mln. funt sterlinq məbləğində qiymətləndirilir ki, (daşınmaz əmlak üzrə beynəlxalq məsləhətçi şirkət olan “KnightFrank” tərəfindən 2015-ci ilin sonuna olan qiymətləndirməyə əsasən) London daşınmaz əmlak bazarının yüksək likvidliyi (“KnightFrank” şirkətinin hesablamalarına əsasən 2015-ci ilin ilk üç rübündə Mərkəzi London ərazisində əqdlərin ümumi dövriyyəsi təqribən 12 mlrd. İngilis funt sterlinqi təşkil edib) də nəzərə alınaraq bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür. Ümumilikdə isə 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30%-dən yüksəkdir (orta illik gəlirlilik təqribən 10% təşkil edib).
Fonddan o da bildirilib ki, bu günə qədər olan dövrdə olduğu kimi hal-hazırda da ARDNF investisiya fəaliyyəti, o cümlədən ayrı-ayrı daşınmaz əmlak yatırımları ilə bağlı bütün müvafiq məlumatı ictimaiyyət ilə bölüşür və bununla əlaqədar KİV-dən daxil olan hər bir spesifik sual və müraciətləri cavablandırmağa hazırdır.
APA-Economics







