Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ildə xarici və yerli banklarda depozitlərə investisiya portfelini 43,2% – 2 mlrd. 134,556 mln. manatadək azaldıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üzrə fəaliyyəti haqqında illik hesabatında qeyd olunur.
Fondun saytında dərc olunan hesabata əsasən, 2017-ci ildə ARDNF-nin Türkiyənin 4 bankında depozitləri olub, baxmayaraq ki, 2016-cı ildə fondun Türkiyənin 4 bankı və ABB-də depozitləri var idi.
31 dekabr 2017-ci il tarixinə “Türkiye Garanti Bankası AS”-da depozitlərin həcmi 681,829 mln. manat (artım 6,9%), “Türkiye Iş Bankasi A.S. İstanbul”-da -687,892 mln. manat (artım 7,8%), “T.C. Ziraat Bankası A.S.”-da – 472,222 mln. manat (artım 10,1%), “Akbank T.A.S”-da – 292,613 mln. manat (artım 4,4%) təşkil edir.
Hesabata görə, 2017-ci ildə ARDNF ABB-da depozitlərə investisiyanı bağlayıb (2016-cı ilin sonuna 1 mlrd. 773,750 mln. manat həcmində qiymətləndirilib).