9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

ARDNF 8 ayda xarici valyuta satışını 8,3% azaldıb, avqustda 87,5% artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin avqust ayında valyuta hərraclarında $815,4 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.

Xəbər verildiyi kimi, ARDNF cari ilin iyul ayında valyuta hərraclarında $434,9 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, avqust ayında fond tərəfindən xarici valyutanın satış həcmi iyul ayı ilə müqayisədə 87,5% artıb.

Bütövlükdə, yanvar-avqust aylarında valyuta hərraclarında $3 mlrd. 893,9 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 8,3% – İF).

Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər