Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ildə avro üzrə aktivlərindəki payını azaldıb, İngilis funt-sterlinqi üzrə artırıb.
Belə ki, avro aktivləri ilin əvvəlində 12,12 mlrd. avro olmuş, ilin sonunda 10,93 mlrd.avroya qədər azalmışdır ki, bu da təxminən 10% azalma deməkdir.
İngilis funt sterlinqi aktivləri isə əksinə, təxminən 14% artaraq £2,33 mlrd.-dan £2,66 mlrd.-a yüksəlib.






