10 C
Baku
Friday, November 15, 2024

ARDNF Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə $590 mln. ayırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2007-2015-ci illər ərzində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 485,7 mln. manat və yaxud 588,1 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, 2015-ci ildə Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 61,5 mln. manat və ya 51,5 mln. dollar yönəldilib və bu maddə üzrə Fondun xərcləri ARDNF-nin büdcəsində nəzərdə tutulana nisbətən (111,5 mln. manat) manat ifadəsində 55,2% səviyyəsində icra olunub.

Layihənin sifarişçisi olan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% aşağı icra olunması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin mürəkkəb olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqədardır.

Layihə çəırçivəsinddə Türkiyə ərazisində 76 km, Gürcüstan ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun bərpası və yenidən qurulması işlərinin həyata keçirilmısi nəzərdə tutulur.

Report

Son xəbərlər
Digər xəbərlər