24 C
Baku
Sunday, September 29, 2024

ARDNF bu gün hərraca 50 mln. dollar çıxaracaq

Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən ABŞ dollarının satışı həyata keçiriləcək. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. dollar çıxarması planlaşdırılır.

Analitika qrupu Report hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir: “Belə olacağı halda, sabahkı rəsmi məzənnənin 1,4950 AZN/USD səviyyəsinə kimi geriləməsi mümkündür. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin də aşağı enməsi ilə nəticələnə bilər”.

Qeyd edək ki, xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. “Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.

Report

Son xəbərlər
Digər xəbərlər