ARDNF bu il AÇG-dən 5,4 mlrd. dollara yaxın mənfəət əldə edəcəyi proqnozlaşdırır

2020-ci ildə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan mənfəət neftinin satışından 5 382,15 mln. ABŞ dolları vəsait daxil olması proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə bildirilib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Bildirilib ki, AÇG üzrə mənfəət neftinin həcmi 99,35 mln. barel həcmində qiymətləndirilir.

Ümumilikdə, Hasilatın Pay Bölgüsü sazişləri üzrə 2020-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 6 213,8 mln. ABŞ dolları və ya 10 563 404,5 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 6 082,2 mln. manat və ya 36,5% az, 2019-cu ilin proqnoz göstəricisindən 2 655,3 mln. manat və ya 20,1% az, gözlənilən icra göstəricisindən isə 4 024,4 mln. manat və ya 27,6% azdır.

Bu il “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 709,15 mln. dollar daxil olması proqnozlaşdırılır. Mənfəət qazı 23,5 mln. barel neft ekvivalenti həcmində qiymətləndirilir. 2020-ci ildə Fonda “Kürsəngi və Qarabağlı” yataqları üzrə 1,739 mln. dollar, “Suraxanı və Qaraçuxur” yataqları üzrə 2,740 mln. dolları, “Zığ-Hövsan” yatağı üzrə 2,183 mln. dollar, “Muradxanlı-Cəfərli-Zərdab” yataqları üzrə 0,07 mln. dollar, “Neftçala və Xıllı” yataqları üzrə 1,086 mln. dollar, “Mişovdağ və Kəlaməddin” yataqları üzrə 0,619 mln. dollar, “Kürovdağ” yatağı üzrə 4,45 mln. dollar, “Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı” yatağı üzrə 11,157 mln. dollar, “Binəqədi” blokunda daxil olan yataqlar üzrə 6,709 mln. dollar, “Qum-dəniz” və “Bahar” yataqları üzrə 0,772 mln. dollar daxil olması proqnozlaşdırılır.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları