14 C
Baku
Friday, October 17, 2025

ARDNF-dən büdcəyə transfertlər ilkin variantla müqayisədə 85 mln. manat artırılıb

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 835 milyon manat proqnozlaşdırılır.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin dərc etdiyi “2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”da bu göstərici 12 milyard 750 milyon göstərilmişdi.

Beləliklə ARDNF-dən dövlət büdcəsinə transfertin proqnozlaşdırılan həcmi ilkin variantla müqayisədə 85 milyon manat artırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər