“PAŞA Holdinq” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Ülviyyə Mehralıyevaya “PAŞA Holdinq” MMC-də İnnovasiya tədbirləri meneceri və “INMerge Ventures”da İdarəedici Partnyor vəzifəsinə təyin olunub.
Ülviyyə Mehralıyevaya 2024-cü ilin aprel ayından indiyə kimi Azərbaycan Dövlət Neft Fondunda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri olub.
O, 2006-2010-cu illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, 2010-2012-ci illərdə isə ADA Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.