Bu gün Azərbaycan Dövlət Neft Fondu(ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində satışa çıxarılan vəsaitin 88%-i satılıb. Məlumata görə, hərracda vəsaitin 44 mln. dolları iştirkaçılar tərəfindən alınıb. Bunun əsas hissəsinin Mərkəzi Bank tərəfindən alındığı bildirilir.
Qeyd edək ki, hərrac zamanı alqı-satqı əməliyyatları 1,5072 AZN/USD məzənnəsi ilə aparılıb və sabah, aprelin 29-na da rəsmi məzənnənin məhz bu səviyyədə təyin olunacağı gözlənilir.
Report