25 C
Baku
Monday, August 15, 2022

ARDNF I yarımillikdə valyuta hərraclarında xarici valyuta satışını 76% artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin birinci yarısında valyuta hərraclarında $2 mlrd. 974,4 mln. məbləğində xarici valyuta satıb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 76,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilir.

“2018-ci ilin birinci yarısında AMB 49 valyuta hərracı təşkil edib. Həmin hərraclarda 2017-ci ilin yanvar-iyun aylarında $1 mlrd. 687,6 mln.-a qarşı $2 mlrd. 974,4 mln. məbl\ğində xarici valyuta satılıb. Yəni satış həcmi 76,2% artıb”, – AMB-dan qeyd ediblər.

Eyni zamanda ARDNF I rübdə valyuta hərraclarında $1 mlrd. 310 mln., II rübdə – $1 mlrd. 664,6 mln. məbləğində xarici valyuta satıb.

Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır.

Son xəbərlər
Oxşar xəbərlər