30 C
Baku
Tuesday, June 28, 2022

ARDNF ilə Beynəlxalq Valyuta Fondu arasında maliyyə və bank sektorlarındakı yeniliklər müzakirə olunub

Mayın 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında keçirilən görüşdə ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə və bank sektorlarındakı yeniliklər müzakirə olunub.

ARDNF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı, həmçinin ARDNF-in 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər