5 C
Baku
Saturday, December 20, 2025

ARDNF ilin ilk rübündə vəsaitlərin idarə olunmasından 232 mln. manat gəlir əldə edib

2025-ci ilin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 mln. manat olmuşdur.

Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

2025–ci ilin birinci rübündə ARDNF–nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.

Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunub.

Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olmuşdur. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunmuşdur.

2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki, geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl alt portfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.

2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 milyard 031.4 milyon ABŞ dolları) nisbətən 4.5% artaraq 62  milyard 740.2 milyon ABŞ dolları təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər