Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin ilk 11 ayında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 9 mlrd. 161 mln. ABŞ dolları gəlir əldə edib.
Banker.az ARDNF-dən bildirilir ki, Şahdəniz yatağından (qaz və kondensat) – (01.01.2022-01.12.2022 tarixinə) 1 mlrd. 357 mln. ABŞ dolları gəlir əldə edib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 328.57 mln. ABŞ dolları təşkil edib.