17 C
Baku
Sunday, May 26, 2024

ARDNF-in aktivləri ilin sonuna $53 milyardı ötə bilər

2023-cü ilin faktiki daxilolmaları nəzərə alınmaqla xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisində 01 yanvar 2024-cü il tarixinə Dövlət Neft Fondunun aktivlərinin 51.7 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”dı bildirilir.

Bildirilir ki, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 01 yanvar 2024-cü il tarixinə Dövlət Neft Fondunun aktivlərinin xam neftin bir barelinin qiymətinin 60 ABŞ dolları ssenarisi ilə müqayisədə təqribən 0.7 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olur. Belə ki, 01 yanvar 2024-cü il tarixinə Dövlət Neft Fondunun aktivləri xam neftin bir barelinin qiymətinin60 ABŞ dolları ssenarisinə nəzərən 40.0 ABŞ dolları ssenarisində 1.4milyard ABŞ dolları az olmaqla 50.3 milyard ABŞ dolları, 80.0 ABŞ dolları ssenarisində isə1.4milyard ABŞ dolları çox olmaqla 53.1milyard ABŞ dolları gözlənilir.eu4r

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər