Bu il iyunun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 37,8 mlrd. ABŞ dolları təşkil edib.
Bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.
O xatırladıb ki, 2001-ci ildə bu rəqəm 500 mln. dolar olub.
“2015-ci ilin sonuna ARDNF-in aktivləri 33,6 mlrd. dollar, 2016-cı ilin sonuna 33.1 mlrd. dollar, 2017-ci ilin sonuna isə 35,8 mlrd. dollar təşkil edib”, – o qeyd edib.
2001-ci ildən bəri Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 142,1 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Onun sözlərinə görə, həmin vəsaitin 73%-i və yaxud 104,28 mlrd. dolları xərclənib: “2001-2018-ci illərdə ARDNF-ə daxil olmuş vəsaitin 27%-ni və yaxud 37,8 mlrd. dollarını yığım təşkil edib”.
(Report)