“1999-cu ildə əsası qoyularkən 271 milyon ABŞ dollarına bərabər olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi hal-hazırda 54 milyard ABŞ dollarını ötüb”.
Bunu ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib.
Qeyd edək ki, Dövlət Neft Fondunun aktivləri 2023-cü ilin əvvəlinə 49.03 milyard dollar, bu ilin birinci rübü üzrə isə 53.4 milyard dollar təşkil edib.