22 C
Baku
Saturday, April 20, 2024

ARDNF-in aktivləri artıb, neft və qaz sazişləri ilə bağlı gəliri 20 mlrd. manatı keçib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il dekabrın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8.9% artaraq 49 033,6 milyon ABŞ dolları təşkil etmişdir.

Banker.az bu barədə ARDNF-a istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699,0 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.

2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər