2015-ci ilin birinci yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 3,56% – $35 mlrd. 783,3 mln.-a qədər azalıb.
Banker.az Fonda istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində fondun gəlirləri 4 mlrd. 54 mln. manat, xərcləri 4 mlrd. 42,1 mln. manat təşkil edib”, – deyə məlumatda qeyd olunur.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 3 mlrd. 802,1 mln. manat, tranzit gəlirləri 5,7 mln. manat, bonus ödənişləri 2,1 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat təşkil edib.
Birinci yarımillikdə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 mln. manat təşkil edib.
Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ – 3 mlrd. 561,6 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.