8 C
Baku
Friday, December 13, 2024

ARDNF-in avronun ucuzlaşmasından $502 mln., lirədə isə $54 mln. zərər edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin ilk üç rübündə büdcədənkənar xərcləri 1 mlrd. 171 mln. ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.

Palata əlavə edir ki, ARDNF-in qızıl üzrə 505 mln. ABŞ dolları, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 666 mln. ABŞ dolları təşkil edib.

Palatanın açıqlamasına görə, Azərbaycanın suveren fondunun valyutalar üzrə mənfi gəlirlilikdə əsas payı avro (502.1 mln. ABŞ dolları), Türk lirəsi – TRY (54.1 mln. ABŞ dolları) və Yapon yeni – JPY (52.8 ABŞ dolları) portfelləri üzrə olmuşdur.

Fond tərəfindən aktivlərin idarəedilməsinin 9 aylıq icra nəticələrinə əsasən 1 mlrd. 333.1 mln. ABŞ dolları və yaxud 3.1% gəlirlilik göstəricisi əldə edilmişdir ki, bu da cari il üçün proqnozlaşdırılan vəsaitdən (446.89 mln. ABŞ dolları) 886.2 mln. ABŞ dolları və ya 58.8% çoxdur.

Palata qeyd edir ki, cari ildə qlobal makroiqtisadi mühitə ölkələrin həyata keçirdiyi fiskal tədbirlər, inflyasiya təzyiqinin artması ilə bağlı narahatlıqlar yaratması fonunda istiqraz bazarlarında gəlirlilik əyrisində əsasən uzun müddətli gəlirlilik dərəcəsinin artmasına, səhm bazarının əsas göstəricisi olan müvafiq indekslərin yüksək gəlirlilik sərgiləməsinə, daşınmaz əmlak bazarının sektorlarında tələb və gəlirliliyin artımının müşahidə olunmasına baxmayaraq Fond tərəfindən vəsaitlərin idarə olunmasından əldə olunan orta illik gəlirlilik göstəricisinin ehtiyatlı yanaşma əsasında müəyyən edilməsi qənaətinə gəlməyə əsas verib.

2022-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan
aktivlərin çəkisi 65%, Avroda 20%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10%
səviyyəsində olması proqnozlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər