ARDNF-in bu şəhərlərdəki daşınmaz əmlakları bahalaşıb

ARDNF-in Londondakı əmlakı

Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu (ARDNF) müxtləlif ölkələrdə daşınmaz əmlaklarının qiymətləri dəyişib.

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq audit şirkəti “PwC Azerbaijan” tərəfindən aparılan hesabatda qeyd edilir.

Dövlət Neft Fondunun xaricdəki daşınmaz əmlaklarından ən çox Londonun Sent Ceymis küçəsi, 78 ünvanında yerləşən tikilisidir. Bu tikilinin dəyəri 71.45 mln. dollar (28%) bahalaşmaqla 329.8 mln manat təşkil edib.

Digər ikinci ən böyük rəqəmli bahalaşma Seulun “Pine Avenue Tower” A əmlakıdır. Bu əmlakın dəyəri 819.38 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 35.3 mln. manat (4.5%) bahalaşıb.

Qeyd edək ki, ARDNF-in əmlakının cəmi qiyməti 2 milyard 517.22 milyon manat olub. Milanda yerləşən “Palazzo Turati” daşınmaz əmlakını 213.1 mln. manata (2018-də bunun dəyəri 202.47 mln. manat idi) satıb.

Əmlak, mln. manat 1 yanvar 2020 1 yanvar 2019 Dəyişmə
78 St James Street, London 329.80 258.35 27.7%
Gallery Actor, Moskva 91.36 80.09 14.1%
SCI 8 Place Vendome, Paris 359.53 362.33 -0.8%
Pine Avenue Tower A, Seul 819.38 784.08 4.5%
Kirarito Ginza , Tokio 917.16 897.37 2.2%

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları