10 C
Baku
Thursday, December 12, 2024

ARDNF-in büdcəyə transferti proqnozdan 536.3 mln. manat az oldu!

Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması hesabına Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertdən proqnoza nisbətdə 536.3 mln. manat və ya 17.6 faiz az daxil olma qeydə alınıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin birinci rübü üzrə icmal hesabatında qeyd edilir.

Hesabata görə, ARDNF-dən 2021-ci ilin yanvar-mart rüblüyündə 2 mlrd. 513.7 mln. manat daxilolma qeydə alınmışdır.

“Azərbaycan Respublikasının Dövlət Neft Fondundan proqnozdan az daxil olmuş vəsait nəzərə alınmadan belə cari ilin birinci rübündə 212.7 mln. manat məbləğində profisit yaranmışdır”- deyə şərhdə qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər