11 C
Baku
Tuesday, December 24, 2024

ARDNF-in İtaliyada $2.3 milyardlıq investisiya portfeli var

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiya portfelinin həcmi məlum olub.

Banker.az ARDNF-ə istinadən xəbər verir ki, suveren İtaliya kapital bazarında 2.3 milyard ABŞ dolları həcmində investisiya portfelinə malikdir.

Fondun İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtraliyada olarkən, sözügedən ölkə ilə investisiya imkanlarının genişləndirilməsində maraqlı olduğu bildirilib.

Burada hökumət nümayəndələri ilə görüşlər keçirilib. Nümayəndə heyəti həmçinin İtaliyanın rəqəmsal, nəqliyyat və enerji sahələri üzrə aparıcı infrastruktur şirkətlərinin və investorların nümayəndələri, o cümlədən “FiberCop” şirkətinin İcraçı direktoru Luigi Ferraris; “TIM” şirkətinin İcraçı direktoru Pietro Labriola; “Vitale & CO” şirkətinin rəhbəri Orlando Barucci və partnyoru professor Fabrizio Pagani; “SNAM” ın İcraçı direktoru Stefano Venier və Maliyyə direktoru Luca Passa; “Open Fiber” şirkətinin rəhbəri Paolo Ciocca və “CDP” şirkətinin rəhbəri Giovanni Gorno Tempini ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb və bir çox sektorlar üzrə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər