10 C
Baku
Friday, December 13, 2024

ARDNF-in səhm portfelinin dəyəri 12.5 milyard dollara çatıb

2024-cü ilin I rübü üzrə üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) kotirovka olunan səhm portfelinin dəyəri 12.5 milyard ABŞ dolları təşkil edib.

Bu barədə ARDNF-dən bildirilib. Qeyd edilib ki, 2024-cü ilin ilk rübündə kotirovka olunan səhm portfeli üzrə 15 valyutada 24 ölkənin 1466 şirkətinin səhmlərinə yatırım edilib.

“ARDNF öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, Fond səhm investisiyalarını indeksin ölkələr, sektorlar və valyutalar üzrə bölgülərinə uyğun olaraq həyata keçirir” – Fonddan əlavə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər