8 C
Baku
Friday, January 24, 2025

“ARDNF-in Türkiyə Mərkəzi Bankındakı depoziti sabit qiymətli kağızlara yönəldilib”

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankındakı 1 milyard avro depozitini götürərək sabit qiymətli kağızlara yönəldib.

Bunu Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

“ARDNF 2022-ci ilin yanvar ayında ümumi məbləği 1 milyard avro olan və qaytarılma müddəti 6 ay təşkil edən depoziti mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirib. Sözügedən depozitin müddətləri bitdikcə 2022-ci, 2023-cü və 2024-cü illərdə yenidən uzadılıb. Ötən il tərəflər depozitin tədricən geri çəkilməsinə qərar verib. Bu qərar həm Türkiyə Mərkəzi Bankının valyuta rezervlərində borclanma səviyyəsinin azaldılması strategiyası, həm də ARDNF-in düşən faiz dərəcələri şəraitində qısa müddətli depozitlərin daha uzunmüddətli istiqrazlar ilə əvəzlənməsi strategiyası çərçivəsində verilib. Belə ki, 1 milyard avro olan depozitin 800 milyon avroluq hissəsi müddəti bitdiyi üçün iyul ayında, 200 milyon avroluq hissəsi isə müddəti bitdiyi üçün oktyabr ayında ARDNF-ə qaytarılıb və Fondun investisiya strategiyası çərçivəsində həmin vəsait sabit gəlirli qiymətli kağızlar üzrə müvafiq şəkildə yerləşdirilib”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər