22 C
Baku
Sunday, June 26, 2022

ARDNF-in vəsaitləri yenidən artıb, $43.56 milyardı ötdü

2021-ci il yanvarın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondun (ARDNF)  aktivləri 43 564.3 milyon ABŞ dollarına bərabər olub. Bu da son üç ay ərzində 275.7 mln. dollar, yəni, 0.66% artırması deməkdir. 30 sentyabr tarixinə aktivləri həcmi 43 288.6 mln. dollar idi.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-in illik hesabata dair açıqlamasında deyilir.

“Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir”- deyə açıqlamada deyilir.

2020-ci ilin əvvəlində 43 323.3 milyon ABŞ dolları olduğunu nəzərə aldıqda isə, son bir ildə 0.56% artıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər