27 C
Baku
Wednesday, June 26, 2024

ARDNF-in vəsaitləri hansı aktivlərə yatırdığı məlum olub

2022-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) borc öhdəlikləri və pul bazarları alətləri portfeli 30 mlrd. 429.1 mln. dollar təşkil edib və dolları, avro, ingilis funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb.

Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.

Bu portfelin 47%-i (14 mlrd. 377.4 mln. dolları) suveren borc kağızlarına, 26%-i (7 mlrd. 842.4mln. dolları) agentliklər və beynəlxalq təşkilatlar tərəfindən emissiya edilən istiqrazlara, 17%-i (5 mlrd. 175.8 mln. dolları) maliyyə istiqrazları da nəzərə alınmaqla korporativ istiqrazlara, 1%-i (252.4 mln. dolları) qısamüddətli kommersiya kağızlarına, 9%-i (2 781 mln. dolları) isə depozit və pul bazarı alətlərinə investisiya edilib.

Korporativ istiqrazlara aşağıda qeyd olunan yerli istiqrazlar da daxil edilib:

  • ümumi dəyəri 2 491.7 mln. dollarında ifadə olunan “Cənub Qaz Dəhlizi” istiqrazları,
  • ümumi dəyəri 1 148.8 mln. dollarında ifadə olunan “SOCAR-Merkuri” istiqrazları,
  • ümumi dəyəri 67.7 mln. dollarında ifadə olunan “AzACG” istiqrazları,
  • ümumi məbləği 236.4 mln. dollarında ifadə olunan Beynəlxalq Bank istiqrazları
  • ümumi məbləği 461.6 mln. dollarında ifadə olunan “SOCAR Abşeron” istiqrazları,
  • 5 mln. dollarında ifadə olunan “SOCAR Qarabağ” istiqrazları.

Hesabat ilində Borc öhdəlikləri və pul bazarları alt portfelinə neft-qaz gəlirlərinin hesabına ümumilikdə 4 mlrd. 372.2 mln. dollar məbləğində yeni investisiya edilmiş, 2022- ci ildə alt portfelə daxil olan alətlərin bazar dəyərinin dəyişməsi nəticəsində 1 mlrd. 107.0 mln. dollar və alt portfelə daxil olan valyutaların baza valyutası olan dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 641.5 mln. dollar zərər edilməsi müəyyən edilib.

Hesabat ilinin sonuna Fondun borc öhdəlikləri və pul bazarları alt portfelinin investisiya dərəcəli reytinqində AAA reytinqi üzrə yerləşdirmələrin həcmində 4 391.8 mln. dollar artım müəyyən edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər