2021-ci il yanvarın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondun (ARDNF) aktivləri 43 564.3 milyon ABŞ dollarına bərabər olub. Bu da son üç ay ərzində 275.7 mln. dollar, yəni, 0.66% artırması deməkdir. 30 sentyabr tarixinə aktivləri həcmi 43 288.6 mln. dollar idi.
Banker.az xəbər verir ki, bu barədə ARDNF-in illik hesabata dair açıqlamasında deyilir.
“Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir”- deyə açıqlamada deyilir.
2020-ci ilin əvvəlində 43 323.3 milyon ABŞ dolları olduğunu nəzərə aldıqda isə, son bir ildə 0.56% artıb.