9 C
Baku
Friday, December 13, 2024

ARDNF-in xalis mənfəəti 2 mlrd. manata yaxın təşkil edib

2017-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 1 mlrd. 999,323 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 3,4 dəfə azdır.

ARDNF-in 2017-ci il üzrə maliyyə hesabatı PWC beynəlxalq auditor şirkəti tərəfindən təsdiq edilib.

Dərc edilmiş maliyyə hesabatına əsasən, ötən il fondun əməliyyat gəliri 2 mlrd. 87,495 mln. manat (azalma 3,3 dəfə) təşkil edib. Gəlirlərin əsas hissəsini – 977,101 mln. manatı (azalma 2,9%) faiz və digər investisiya gəlirləri (azalma 2,9%) təşkil edib. Fond məzənnə fərqindən 744,033 mln. manat (azalma 7,2 dəfə) gəlir əldə edib.

2017-ci ildə ARDNF-in aktivləri manat ekvivalentində 3,9% – 61 mlrd. 72,408 mln. manatadək, o cümlədən cari aktivləri 4,3% – 51 mlrd. 987,926 mln. manatadək, uzunmüddətli aktivləri 1,6% – 9 mlrd. 84,482 mln. manatadək artıb.

Hesabat ilində fondun öhdəlikləri 4,3% – 545,415 mln. manatadək artıb.

2017-ci ildə ARDNF-in kapitalı 3,9% – 60 mlrd. 526,993 mln. manatadək, o cümlədən kapital qoyuluşları 27 mlrd. 688,603 mln. manat (artım 0,2%), bölüşdürülməmiş mənfəəti 31 mlrd. 656,494 mln. manat (artım 6,7%) artıb.

ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

İnterfaks.az

Son xəbərlər
Digər xəbərlər