10 C
Baku
Thursday, March 6, 2025

ARDNF indiyə kimi daşınmaz əmlaka investisiyalardan 1 mlrd. dollar gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları 3,5 mlrd. ABŞ dollarına, portfeldə payı isə 5,9%-ə çatıb.

Bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.

O bildirib ki, Fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 mlrd. dollar gəlir əldə edib. Daşınmaz əmlakın gəlirliliyi 2,9% təşkil edib.

Zeynalov əlavə edib ki, 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaları davam etdirməyi planlaşdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər