10 C
Baku
Thursday, December 12, 2024

ARDNF investisiyaların əksər hissəsini Avropa ölkələrinə yatırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin iyunun 30-a investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropa ölkələri 37,48% təşkil edib.

ARDNF-ın 2019-cu ilin birinci yarısının yekunlarına dair hesabatına istinadən məlumata görə, Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Asiya-Sakit Okean regionunun payı 32,97%, Şimali Amerika 19,93%, Avstraliya-Yeni Zelandiya 2,2%, Yaxın Şərq 0,71%, Cənubi Amerika 0,07%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,64% təşkil edib.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə inkişaf etmiş ölkələrin payı 63,25%, inkişaf etməkdə olan ölkələrin payı 30,11%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,64% olub.

Bundan başqa, hesabat dövründə ARDNF-ın investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 71,1%, səhmlər 13,3%, daşınmaz əmlak 5,3%, qızıl isə 10,3% təşkil edib.

Qeyd edək ki, ARDNF-ın cəmi investisiya portfeli 42 463,45 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər