6 C
Baku
Sunday, January 29, 2023

ARDNF Maliyyə Nazirliyinin $1 mlrd.-lıq pulunu idarə etməklə $12.4 mln. gəlir əldə edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Dövlət Neft Fonunda idarəetməyə cari ildə 4 müqavilə üzrə əlavə 1 milyard ABŞ dolları vəsait verilmiş, 1 müqavilə üzrə isə 108.4 mln. ABŞ dolları vəsait Maliyyə Nazirliyinə geri qaytarılmışdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

İdarəetmə gəlirliliyi isə 12.4 mln. ABŞ dolları və ya 0.6% təşkil etmişdir.

Maliyyə Nazirliyi tərəfindən Fonda idarəetməyə verilən vəsaitlərin hərəkəti və gəlirlilik faizləri aşağıdakı cədvəldə göstərilir:

2134

Cədvəldən göründüyü kimi, Maliyyə Nazirliyinin Fonda idarəetməyə verdiyi vəsait qalığı 31.12.2021-ci il tarixinə 1 milyard 108.4 mln. ABŞ dolları olmuş, cari ildə dövlət büdcəsinin sərbəst qalıq vəsaitinin hesabına üç müqavilə olmaqla ümumilikdə 900 mln. ABŞ dolları, Təminat Fondunun vəsaiti üzrə isə bir müqavilə üzrə 100 mln. ABŞ dolları vəsait Fonda idarəetməyə yönəldilmiş, 108.4 mln. ABŞ dolları vəsait isə Fonddan geri qaytarılmışdır.

Ümumilikdə Fondun idarəetməsində 30.09.2022-ci il tarixə 2 012.4 mln. ABŞ dolları, o cümlədən 1 559.6 mln. ABŞ dolları sərbəst qalıq üzrə, 452.8 mln. ABŞ dolları Təminat Fondu üzrə vəsait mövcud olmuşdur. İlin əvvəlindən 30.09.2022-ci il tarixinə qədər 12.4 mln. ABŞ dolları həcmində faiz hesablanmışdır.

Son xəbərlər
Digər xəbərlər
X