3 C
Baku
Saturday, December 14, 2024

ARDNF-nin AÇG və Şahdəniz yatağından gəlirləri açıqlandı

Azərbaycan respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ilin ilk beş ayı üzrə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlanıb.

Banker.az xəbər verir ki, Fondun AÇG yatağından gəlirləri 2 mlrd. 617.2 mln. ABŞ dolları təşkil edib. AÇG-dən gəlirlər illik müqayisədə 13 faiz aşağıdır. 2023-cü ilin müvafiq dövründə AÇG-dən 3 mlrd. 13 mln. dollar gəlir əldə edilmişdi

Şahdəniz yatağından qaz və kondensatı üzrə gəlirlər 244.07 mln. ABŞ dolları olub ki, bu da illik müqayisədə 74% azdır.

Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60.84 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər