RF hökumətinin aparat rəhbəri, baş nazirin müavini Dmitri Qriqorenko yenidən “VTB Bank”-ın Müşahidə Şurasının sədri olub.
Qriqorenko ötən ilin payızından “VTB Bank” MŞ-nin sədridir.
Bankın Müşahidə Şurasının yenilənmiş tərkibinin təsdiq olunduğu səhmdarların illik yığıncağı iyunun 30-da qiyabi formada keçirilib.
“Wildberries” onlayn-riteylin təsisçisi və baş direktoru Tatyana Bakalçuk və “Otkrıtie” Qeyri-hökumət Pensiya Fondunun baş direktoru Mixail Motorin Müşahidə Şurasında “Trast” bankın rəhbəri Aleksandr Sokolov və “Otkrıtie Maliyyə Korporasiyası” bankının İdarə Heyətinin sədri Mixail Zadornovu əvəz ediblər.
Digıe seçilmiş namizədlər MŞ-nin öncəki tərkibinə daxil olublar.
Həmçinin, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, “Vinci”nin vitse-prezidenti İv Tibo de Silqi və VTB səhmdarlarının Məsləhət Şurasının üzvü İqor Repin Müşahidə Şurasına müstəqilk direktorlar qismində irəli sürülüblər.
ARDNF “VTB Bank”ın səhmlərinin 2,95% pay sahibidir.