3 C
Baku
Tuesday, January 27, 2026

ARDNF-nin səhm portfeli süni intellekt və yumşaldıcı faiz siyasəti ilə böyük gəlir əldə etdi

Azərbaycan Respublikasının suveren fondu sayılan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yekunları üzrə səhm investisiyalarının müsbət gəlirlilik göstərdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə ARDNF-nin press-relizində bildirilir

İl ərzində qlobal maliyyə bazarlarında formalaşan əlverişli şərait ARDNF-nin səhm portfelinin dəyərinin artmasına şərait yaradıb.

ARDNF bildirir ki, şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı qalması səhm bazarları üçün əsas dəstək amillərindən biri olub. Xüsusilə texnologiya sektorunda, o cümlədən süni intellekt sahəsində əldə olunan irəliləyişlər investor marağını artıraraq səhm qiymətlərinin yüksəlməsinə səbəb olub. Bununla yanaşı, qabaqcıl mərkəzi bankların 2025-ci il ərzində uçot faiz dərəcələrini endirməsi maliyyə şərtlərini yumşaldıb və risk aktivlərinə, o cümlədən səhmlərə tələbi gücləndirib.

Fond vurğulayır ki, qeyd olunan amillərin təsiri nəticəsində ARDNF-nin səhm investisiyaları il ərzində müsbət dinamika nümayiş etdirərək Fondun ümumi investisiya gəlirliliyinə əhəmiyyətli töhfə verib. Bu nəticələr ARDNF-nin uzunmüddətli və şaxələndirilmiş investisiya strategiyasının effektivliyini bir daha təsdiqləyir.

Maliyyə bazarlarında əlverişli şərait və aktivlərin effektiv idarə olunması nəticəsində investisiya fəaliyyəti də gəlirlərin artımında mühüm rol oynayıb. Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil edib ki, bu da 6 milyard 894.1 mln. manat həcmində investisiya gəliri ilə nəticələnib.

 

Son xəbərlər
Digər xəbərlər