Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2050-ci ilə qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni müqaviləyə əsasən ilk bonusu 2018-ci il yanvarın 31-də əldə edəcək.
“İnterfax” agentliyinə istinadən, yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illərdə ARDNF hər il 450 mln. dollar və ya 774 mln. manat olmaqla ümumilikdə bonus şəklində 3,6 mlrd. dollar əldə edəcək.
Qeyd edək ki, Azəri, Çıraq və dərinsulu Günəşli yataqlar blokunun işlənməsin dair müqavilə 1994-cü il 20 sentyabr tarixində imzalanıb və həmin ilin 12 dekabrında qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə yekunlaşmalı idi. 2017-ci ilin 14 sentyabrında Azərbaycan hökuməti və tərəfdaşlar arasında Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalanıb.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65%, “ONGC Videsh Limited” (OVL) – 2,31%.