13 C
Baku
Saturday, November 23, 2024

ARDNF ötən il büdcəyə transfertin yarıdan çoxunu xarici valyutada etməli olub

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə transferin 56%-ni xarici valyutada etməli olub.

Bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, ötən il ARDNF Azərbaycan Mərkəzi Bankı ilə birgə keçirilən valyuta hərraclarında 3 milyard 47,5 milyon ABŞ dolları (5 milyard 180,75 milyon manatlıq) satış edib (xarici valyuta hərrac yolu ilə milli valyuta köçürülərək büdcəyə ötürülür). Fonddan büdcəyə transfert isə 11 milyard 737,6 milyon manat təşkil edib. Yəni, arada 6 milyard 556,85 milyon manat fərq var.

“Dövlət büdcəsinə transfertin bir hissəsi xarici valyutada köçürülüb ki, onunla da büdcənin xarici valyuta ilə bağlı öhdəlikləri icra edilib”, – deyə ARDNF bəyan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər