16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Rəsmi: ARDNF qızıl ehtiyyatlarının satılması xəbərinə aydınlıq gətirdi

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı bəzi KİV-də dərc olunan məqalələrə münasibət bildirib. Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.

Fond bildirib ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməmişdir.

Relizdə bir daha qey dedilir ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

Xatırladaq ki, Azərbaycan bütün qızıl ehtiyatlarını satılması ilə bağlı bəzi KİV-də məlumat yayılmışdı. Ümumdünya Qızıl Şurasının yaydığı əlumata görə, Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər