5 C
Baku
Tuesday, December 30, 2025

ARDNF: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) üçün qızıl qısamüddətli gəlir mənbəyi deyil, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına xidmət edən aktivdir.

Bu barədə ARDNF-dən məlumat verilib.

Bildirilib ki, qızıl emitent və tərəf-müqabili risklərindən nisbətən azad olmaqla, real faiz dərəcələri, valyuta bazarları və geosiyasi qeyri-müəyyənliklər fonunda portfelin dayanıqlılığını artıran aktiv rolunu oynayır.

“Fondun 2026-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə uyğun olaraq, qızıl altportfeli üzrə hədəf göstərici investisiya portfelinin məcmu dəyərinin 35 %-nə qədər müəyyən edilib. Bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % səviyyəsində təsbit olunub. Mövcud göstəricilər göstərir ki, hazırkı qızıl ehtiyatları Fondun müəyyənləşdirdiyi strateji çərçivə daxilindədir. Bu ilin III rübündə qızıl altportfeli ilkin planlamaya uyğun şəkildə formalaşdırılıb və bu mərhələdə nəzərdə tutulan hədəflərə çatdırılıb.

Bu səbəbdən, növbəti dövrlərdə qızıl altportfeli üzrə qərarlar qızıl qiymətlərinin qısamüddətli dəyişkənliyinə reaksiya vermək məqsədi daşımır, əksinə, təsdiqlənmiş strategiya, risk-gəlir balansı və portfelin ümumi strukturu nəzərə alınmaqla yenidən qiymətləndirilə bilər”, – deyə məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər