17 C
Baku
Sunday, May 19, 2024

ARDNF qızılın ilk rübdəki bahalaşmasından portfelini $747 mln. böyüdüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2024-cü ilin ilk rübündə qızılın rallisi nəticəsində portfelini 746.9 mln. ABŞ dolları böyüdüb.

Banker.az bunu ARDNF-in rüblük hesabatına istinad edir.

Azərbaycanın suveren fonddan bildirilir ki, 2024-cü ilin əvvəlində ona məxsus rezerv qızılın dəyəri 6 milyard 752.1 milyon ABŞ dolları olduğu halda, ilk rübün sonuna 7 milyard 499 milyon dollar təşkil edib.

Bu da 11 faiz artımdır.

2024-cü ilin əvvəlində qızılın bir unsiyasının spot qiyməti 2 063.73 dollar olduğu halda, ilk rübün sonuna 2280 dollara qədər yüksəlib. Yaxın Şərqdə geosiyasi risklərin böyüməsi və bir sıra əsas mərkəzi bankların faiz dərəcələrini endirməyə başlaması və əlavə olaraq maliyyə institutlarının külçə qızılı alması səbəbindən qızıl tarixi maksimumlar vurub. Apreldə qızılın bir unsiyası 2400 dollara qədər dəyər qazanıb.

ARDNF ehtiyat limanı sayılan bu sarı metaldan 104.6 ton öz portfelində saxlayır. Bu da 3 689 656 unsiya təşkil edir.

Xatırladaq ki, suveren fondun hazırda valyuta ehtiyatlarının həcmi 57 mlrd. 373 mln. dollardır.23456789 2

Son xəbərlər
 ⁠
Digər xəbərlər