21 C
Baku
Wednesday, June 26, 2024

ARDNF rəhbərliyinə də xidməti pasportlar veriləcək

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Banker.az xəbər verir ki, bunu Prezidentin bu gün imzaladğı fərmanda deyilir.

Fərmana görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinlərinə xidməti pasport almaq hüququ verilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər