Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Serbiyaya 72,7 milyon ABŞ dolları həcmində investisiya qoyub.
Bu barədə Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirilib.
ARDNF-nin Serbiyada olan investisiyalarının böyük hissəsi sabit gəlirli qiymətli kağızlara, müəyyən hissəsi isə özəl səhm alətlərinə yatırılıb.
Qeyd edək ki, 2025-ci ilin iyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyunun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.