Ölkənin suveren fond funksiyasını həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) son üç ay ərzində Avrozonanın və Böyük Britaniyanın valyutasına daha çox “güvənib”.
Banker.az xəbər verir ki, suveren fondun 2020-ci ilin III rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair təqdimatda bu məlum olur.
1 oktyabr tarixinə olan hesabata görə, $42 milyard 995.58 milyon ARDNF-in vəsaitləri olub. Bu vəsaitlərin 68.4%-i ABŞ dollarında, 20.5%-i avroda, 5.1%-i İngilis funt sterliqində, 1.5%-i Yapon yenində, 1.2%-i Çin yuanında, hər biri 0.6% olmaqla Türk lirəsi və Avstraliya dollarında, 0.5%-i Rusiya rublunda və 1.6%-i isə digər ölkələrin valyutalarında olmuşdur.
SON 3 AYDA NƏ DƏYİŞİB?
2020-ci ilin ikinci rübünün sonundakı (1 iyulda) göstəriciləri ilə müqayisə etdikdə, 3-cü rübün sonunda ARDNF-in vəsaitlərində ABŞ dollarının, Çin yuanının və yapon yeninin payı dəyişməyib.
Avro və funtsterlinqin hər birində 0.2% bənd, Avstraliya dollarında 0.1% bənd artmışdır.
Əvəzində isə Rus rublunun və Türk lirəsinin payında son üç ay ərzində hər biri üzrə 0.1% azalma müşahidə edilib.