Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb, bu isə öncə ki ayla müqayisədə 38 faiz artım olması deməkdir.
Bu barədə Banker.az-a məlumat Fonddan daxil olub.
İyun ayı ərzində 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Lakin, aylıq artımın olmasına baxmayaraq öncəki ilin eyni dövrü ilə müqayisədə azdır. Belə ki, 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.