9 C
Baku
Friday, December 12, 2025

ARDNF və SOCAR-ın birgə müəssisəsi nizamnamə kapitalını 70 milyon manat azaldır

“Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalı azaldıldı.

Banker.az xəbər verir ki, “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 70 milyon manatını təsisçilərə geri qaytarmaqla ümumi kapitalını 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.

Xatırladaq ki, MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisiAzər Vəliyevdir.

“Azerbaijan Rigs” MMC neft‑qaz sənayesində müasir qazma qurğularına olan tələbatı ödəmək məqsədilə yaradılmış bir şirkətdir. Onun təsisçiləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Dövlət Neft Fondudur.

Son xəbərlər
Digər xəbərlər