Argentina ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirildiyinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin 2027–2031-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə namizədliyini rəsmi şəkildə irəli sürüb.
Qeyd olunur ki, Qrossi “Argentina diplomatik korpusunun rəsmi nümayəndəsi kimi qırx ildən çox davam edən görkəmli fəaliyyətə malikdir”. Həmçinin onun 2023-cü ildə ikinci müddətə seçilməsindən sonra “tanınan” MAQATE-yə rəhbərliyi də vurğulanır.
XİN-in fikrincə, Qrossinin “çoxtərəfli sistemi dərindən bilməsi”, “münaqişəli vəziyyətlərdə və ciddi beynəlxalq böhranlarda qərəzsiz və effektiv tərəfdaş kimi sübut olunmuş işi”, eləcə də digər üstünlükləri “onu dünyanın bu gün ehtiyac duyduğu baş katib vəzifəsi üçün görkəmli namizəd edir”.
26 noyabrda BMT-də yeni baş katibin seçilməsi prosesi rəsmi olaraq başlayıb. Üzv dövlətlərə bu vəzifəyə namizədləri 1 yanvar 2027-ci ildən etibarən irəli sürmək təklif olunub.








