6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Argentina böyük inflyasiya dalğasını cilovlamaq üçün uçot dərəcəsini 40%-ə qaldırıb

Argentina Mərkəzi Bankı uçot faiz dərəcəsini ölkədə olan yüksək inflyasiya səbəbindən bir qədər də artırdı.

Banker.az Reuters-ə istinadla xəbər verir ki, Mərkəzi Bank faiz dərəcəsini 38%-dən 40%-ə qədər artırmışdır.

Argentinada artıq inflyasiya 50%-ə yüksəlib. Mərkəzi Bank yeni faiz artımı qərarı ilə inflyasiyanın sürətini nisbətən yumşaltmağa çalışır. Ölkədə 7 illik dövlət istiqrazlarının gəlirlili artıq 49.05% təşkil edir.

Qeyd edək ki, Argentina pesosu ABŞ dolları qarşısında kəskin dəyər itirən valyutalara daxildir. USD/ARS məzənnəsi 2021-ci ili 85.00 ilə start götürdüyü halda, artıq cari ildə məzənnə 103.00 səviyəsindən yuxarı həddə qədər 21.2% devalvasiya edib. Böyük iqtisadiyyatlar içində bu pis performansa görə yalnız Türkiyə lirəsindən geri qalır.

Argentina Mərkəzi Bankının valyuta ehtiyyatları 41.29 mlrd. dollardan 39.5 mlrd. dollara düşüb.

Uçot faiz dərəcəsinə görə ölkələr.

🇦🇷 Argentina: 40%
🇹🇷 Türkiyə: 14%
🇦🇺Avstraliya: 0.1%
🇧🇷Brazilya: 9.25%
🇷🇺 Rusiya: 8.50%
🇦🇿 Azərbaycan: 7.25%
🇮🇳Himdistan: 4%
🇨🇳 Çin: 3.85%
🇮🇩 İndoneziya: 3.5%
🇨🇦Kanada: 0.25%
🇪🇺Avrozona: 0%

Son xəbərlər
Oxşar xəbərlər