13 C
Baku
Sunday, November 24, 2024

Argentina BRİCS-ə qoşulmaqdan imtina edib

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin hökuməti BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq niyyətində deyil.

Bunu Mileyin xarici siyasət məsələləri üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.

“Argentina BRİCS-ə qoşulmayacaq”, – o, “X” sosial şəbəkəsində (keçmiş tviter) yazıb.

Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” koalisiyasından namizəd olan libertar deputat Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər